Cəmiyyət

Bakıda “Toyota Prius”lar toqquşub: Xəsarət alan var – FOTO

Sharing is caring!


Bakının Yasamal rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza “20 Yanvar” dairəsində qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, digər eyni markalı avtomobillə toqquşub.

Hadisədə bir nəfər xəsarət alıb.

Yaralı əraziyə cəlb edilmiş təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qəzaya uğramış minik avtomobilləri deformasiyaya uğrayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir