Cəmiyyət

DSMF sədri: “Antiterror tədbirlərdə şəhid olan şəxslərin ailə üzvlərinə təqaüd və sosial ödənişlər verilir”

Sharing is caring!


“Lokal xarakterli antiterror tədbirlərdə şəhid olan hərbçilərin və DİN əməkdaşlarının ailə üzvlərinə təqaüd və sosial ödənişlərin verilməsi tam şəkildə həyata keçirilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, fondun əməkdaşları həmin şəxslərə ödənişlərin verilməsi üçün sənədləri toplayıb və operativ şəkildə ödənişlər təyin olunub:

“Dövlət icbari şəxsi sığorta ödənişləri də ödənilib”.

Sədr qeyd edib ki, Laçında qəzada ölən şəxslərin şəhid statusu alacağı vaxt sənədlər daxil olacaq və ödənişlər həyata keçiriləcək.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir