Cəmiyyət

Nazirlikdə işə düzəltmək adı ilə insanları aldadan şəxsin cəzası azaldıldı

Sharing is caring!


Ali Məhkəmədə dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Ə.Əmişovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Belə ki, onun 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 9 ay 9 günə endirilib.

İttihama görə, Ə.Əmişov 2020-2021-ci illərdə dövlət xidmətlərinin birində çalışarkən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 6 zərərçəkmişə Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək imkanına malik olduğunu yalandan bildirib. O, bu yolla həmin şəxslərin ümumilikdə 39 790 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Ə.Əmişovun barəsində Cinayət Məcəlləsinin dələduzluq və rüşvətə təhrik etmə maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir