Cəmiyyət

Bakıda məktəblidən nömrə istəyən şəxs cəzalandırıldı: “İşçimin qızına bənzətdim”

Sharing is caring!


Bakıda yolda məktəbli qıza söz atan şəxslə bağlı məhkəmə qərar verib.

“Qaynarinfo”nun məlumatına görə, hadisəyə görə 1981-ci il tarixdə Qubadlı rayonunda doğulmuş Ayxan Cəbiyev (ad-soyad şərti) saxlanılıb və barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

S.M. adlı məktəbli qızın atası məhkəmədə bildirib ki, övladı fənn məşğələsindən çıxaraq yaşadıqları Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində yerləşən evlərinə qayıdan zaman möhkəm qorxub. Bunun səbəbi isə 40-45 yaşlarında tanımadığı bir kişinin onu təqib etməsi və idarə etdiyi maşına minməyi təklif etməsi olub. O hesab edir ki, həmin şəxs pis niyyətlə qızına yaxınlaşıb. Qeyd olunanlara əsasən, onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edib.

Ayxan Cəbiyev isə məhkəmə iclasında özünü təqsirli bilməyərək deyib ki, o, əvvəllər Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində kafe işlədib. Əvvəllər kafesində bir qadın işləyib. S.M.-i sözügedən qadının qızına bənzədərək, ona anasını yenidən işə dəvət etmək üçün nömrəsini almaq məqsədilə yaxınlaşıb. Onun hər hansı başqa niyyəti olmayıb. Bu səbəbdən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edib.

Məhkəmədə hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 100 manat miqdarında inzibati qaydada cərimə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir