Cəmiyyət

Məhkəmədə iş adamının günahsız olduğu sübuta yetirildi

Sharing is caring!


Səbail Rayon Məhkəməsində gömrük ödənişlərini ödəməkdən yayınmaqda təqsirləndirilən şirkət direktoru Babək Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin olmaması əsası ilə B.Əliyevə bəraət verilib.

Qeyd edək ki, B.Əliyevə Cinayət Məcəlləsinin 209.1-ci (xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb. O, təqribən 65 000 manat məbləğində gömrük ödənişlərini ödəməkdən qəsdən yayınmaqda təqsirləndirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir