Cəmiyyət

Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanılıb

Sharing is caring!


Salyanda qanunsuz olaraq ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Xıdırlı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Bakı şəhər sakini R.Bayramov saxlanılıb.

Həmin şəxsdən bir ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Salyan RPŞ-də araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir