Cəmiyyət

Respublika Perinatal Mərkəzində yanğın: Zahı və körpələr təxliyə olunurlar – VİDEO

Sharing is caring!


Respublika Perinatal Mərkəzində yanğın olub.

Oxu.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən yanğının qısa müddətdə söndürüldüyü bildirilib.

Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerinə gedib.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamaya görə, bir nəfər tüstüdən zəhərlənib:

“9 yanvar 2024-cü il saat 3:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən  Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri başa çatıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunublar.

Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. 

Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Bir nəfər – Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.  Ona zəruri tibbi xidmət göstərilir.

TƏBİB rəhbərliyi hadisə yerindədir”.

TƏBİB-dən həmçinin qeyd polunub ki, təcili və təxirəsalınmaz tibbi yardım heyəti ilə birgə xüsusi təchiz alunmuş ambulanslarla (reanimobil, küvəzli) yenidoğulmuş, hamilə və zahı qadınların təxliyəsi həyata keçirilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir