Cəmiyyət

Mərkəzi Park və Qış Parkında yeraltı su anbarlarının inşası təklif olunur

Sharing is caring!


Mərkəzi Bakının daxilində yağış sularının saxlanılması sistemlərinin tədricən tətbiq edilməsi təklif edilir.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması. İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması, Qış Parkında yeraltı dayanacaqda yeraltı anbarın inşası, Atatürk Parkında güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması, Xətai prospektində suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması, Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası və Kommersiya rayonunda tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir