Cəmiyyət

Beyləqan polisi əməliyyat keçirdi: Saxlanılan var – FOTO

Sharing is caring!


Beyləqan rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb, digər tədbirlərlə isə silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Namət Əhmədli saxlanılıb. Onun üzərində və yaşadığı ünvanda müvafiq axtarış aparılarkən iki kiloqramdan artıq marixuana və 17 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. O, dindirilərkən narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu etiraf edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı silah-sursat aşkar edilərək götürülüb. Belə ki, ilk olaraq rayon ərazisindəki məişət tullantılarının atıldığı ərazidən bir ədəd “Kalaşnikov AK-74” markalı avtomat, ona məxsus daraq və 22 ədəd patron, iki ədəd “TOZ” markalı tüfəng aşkarlanaraq götürülüb. Bundan əlavə, rayon sakinindən müvafiq sənədləri olmayan ov silahı da aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir