Cəmiyyət

Bakıda 2040-cı ilədək mənzil tələbatı müəyyənləşib

Sharing is caring!


2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq.

APA xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq.

Baş Planda əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 000 ha sahə nəzərdə tutulmuşdur ki, burada da təqribən 200,0 min mənzilin təmin edilməsi mümkün olacaq. Bu, 2027-ci ilədək yaranacaq 49,97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92,85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir