Cəmiyyət

Bi il ərzində 50 yaşın astanasında dünyadan köçən məşhurlarımız – FOTO

Sharing is caring!


Xəstəliklər o qədər “cavanlaşıb” ki, insan ömrü qısala-qısala gedir. İndi ortalama 50 yaşına çatmadan dünyasını dəyişənlərin sayı daha çoxdur. 

Azərbaycanda ötən il ərzində bəzi məşhurlar 45-48 yaşında vəfat ediblər. Onları birləşdirən başqa bir cəhət isə amansız xəstəliklərdir.

Aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti, uşaqdan-böyüyə hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə Məcid qızı Əliyeva 2023-cü il yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib. Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub və amansız xəstəlik səbəbindən 48 yaşında həyatdan köçüb.

İlahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim, hər kəsin Hacı Şahin kimi tanıdığı Şahin Hüseyn oğlu Həsənli 2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat edib. O, 1974-cü il iyulun 7-də Bakı şəhərində dünyaya gəlib. Lakin ürək xəstəliyi cavan yaşda onun da ömrünə son qoyub.

Siyasətçi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva da aramızdan çox erkən, 48 yaşında ayrılıb. Onun vəfatı da, digər tanınan simalar kimi, hər kəsi kədərləndirib. Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Bu gün isə müğənni, Əməkdar artist, hər kəsin qəlbində “Tut ağacı” mahnısı ilə taxt quran Aygün Bəylər 48 yaşında vəfat edib. Xəstəlik aman versəydi, sənətkar sevənlərinə daha neçə gözəl ifalar bəxş edəcəkdi. Aygün Hümmətova (Bəylər) 1975-ci il avqustun 22-də Bakıda anadan olub. O, ötən gecə Ankarada, xərçəng xəstəliyindən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Müğənninin nəşinin Bakıya, Suraxanıdakı ata evinə gətiriləcəyi deyilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir