Cəmiyyət

Vəkil: “Yaxşını ictimailəşdirmək lazımdır ki, cəmiyyətdə məhkəmə hakimiyyətinə etimad artsın”

Sharing is caring!


“Təəssüf ki, bəzi hallarda həbs qətimkan tədbiri istintaq orqanlarının faktiki təsir aləti kimi istifadə olunur. Təqdimata baxılarkən məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi üçün prosessual əsasların olub-olmaması aydınlaşdırılmır və istintaqın bu barədə gəldiyi nəticə hakimin imzası ilə rəsmiləşdirilir”.

E-huquq.az xəbər verir ki, bu sözləri vəkil Cabbar Bayramov bildirib.

“Analoji halla bağlı icraatımda olan cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilərək, müvəkkilimin barəsində həbs seçilmişdi. Müvəkkilim istintaqın bütün çağırışlarına vaxtında gəlmiş, özündə olan sübutları təqdim etmişdi. Yəni həbsin seçilməsi tam əsassız idi. Həbs barədə qərardan verdiyim şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə baxılırdı.

Ətraflı araşdırmadan sonra məhkəmə şəxsin azad edilməsi barədə qərar çıxardı. Hakim ittiham tərəfi deyil, arbitrdır, yəni bitərəfdir, qanuna görə. O, işə qərəzsiz, ədalətli və qanuni baxmalıdır. İbrahim müəllim məhz bu xarakterə malik hakimdir. Əlbəttə, işə qanuni baxmaq hakimin vəzifə borcudur. Amma yaxşını ictimailəşdirmək lazımdır ki, cəmiyyətdə məhkəmə hakimiyyətinə etimad artsın”, – deyə vəkil qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir