Cəmiyyət

Vüqar Bayramov: “Paytaxtın fərqli yerlərində fermer bazarları yaradılmalıdır” – VİDEO

Sharing is caring!


Bu gün fermerlərin əsas problemlərindən biri bazara birbaşa çıxışının olmamasıdır. Əvəzində isə iş adamları onların yetişdirdiyi məhsulu alıb istehlakçılara daha baha qiymətə təklif edirlər. Nəticədə fermerin satdığı qiymətlə piştaxtadakı qiymət arasında xeyli fərq yaranır.

Bəs bunun üçün hansı addımlar atılmalıdır?

Millət vəkili Vüqar Bayramov məsələnin həllini ənənəvi bazarlardan əlavə xüsusi bazarların yaradılmasında görür.

Onun fikrincə, bazara çıxış imkanlarının artması həm fermerlərin gəlirlərinin artmasına, həm də istehlakçıların xərclərinin azalmasına şərait yaradacaq.

V. Bayramov xüsusilə paytaxtın fərqli yerlərində fermer bazarlarının yaradılmasını vacib hesab edir.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir