Cəmiyyət

“Hər dəfə xəstəxanaya getmək üçün qonşularımdan beş manat borc alıram” – Tənha ananın YARDIM ÇAĞIRIŞI – FOTO

Sharing is caring!


Xırdalan sakini Həmidə Seyidovanın 18 yaşlı oğlu Elsun talassemiyanın ən ağır formasından (hemoqlobinin sintezinin pozulması ilə xarakterizə olunan qanyaradıcı sistemin irsi xəstəliyi – red.) əziyyət çəkir.

Media.Az-ın redaksiyasına müraciət edən ana övladının müalicə pulunu ödəyə bilmədiyini qeyd edib. O bildirib ki, müraciət edəcək kimsəsi yoxdur və oğlunu (müntəzəm qanköçürmədən sonra) lazımi qida və isti geyimlə təmin edə bilmir. Çünki o, körpəlikdə valideynlərini itirib və uşaq evində böyüyüb.

Həmidə xanım redaksiyaya üç övladını tək böyütdüyünü bildirib. Onlardan biri tam sağlamdır, ikincisi doğuşdan bəri döş qəfəsində problemlər var, uşağın müntəzəm reabilitasiyaya ehtiyacı var. Onun sözlərinə görə, uşaqların atası onların səhhətinə görə ailəni tərk edib və indi heç bir yardım göstərmir.

Anasının dediyinə görə, Elsunda bu xəstəlik onun bir yaşı olanda aşkarlanıb. Artıq yeddi ildir ki, onun həyatı uğrunda mübarizə gedir.

“Oğlum üçün həyati əhəmiyyət kəsb edən qanköçürmə üçün hər 21 gündən bir Talassemiya Mərkəzinə gedirik. Uşaq bu illər ərzində o qədər yorulub ki, daha tibb işçilərinə yaxınlaşmağa imkan vermir və hər dəfə də prosedur vaxtı çatanda mən onun öhdəsindən praktiki olaraq gələ bilmirəm. Qanköçürmədən sonra halı pisləşir.

Onun əzabı bununla bitmir. Elsun hər gecə venadaxili yox, transabdominal, yəni qarnına birləşdirilən xüsusi dərman vasitəsilə ilə yuxuya gedir. Bu, orqanizmin ferritinlə xroniki həddən artıq yüklənməsini azaltmaq üçün zəruri bir tədbirdir. Oğlum evdə olanda da belə özünü xəstəxanadakı kimi hiss edir…” – deyə uşağın anası ağlayır.

Həmidə xanım etiraf edir ki, bu ağır xəstəliyin yeganə müalicəsi sümük iliyi transplantasiyasıdır, lakin bu barədə heç düşünmür, çünki onun üçün nəzərdə tutulan məbləğ əlçatmazdır. Bu arada xəstəxanaya getmək üçün hər dəfə qonşularından beş manat borc alır.

“Üçuşaqlı ailənin yeganə gəlir yeri Elsunun 320 manat əlillik müavinətidir. Bu pulların hamısı kirayə və dərmana xərclənir. Xəstə uşaqlara baxmalı olduğum üçün işləyə bilmirəm. Qanköçürmə prosedurundan sonra göz yaşı içində başqa valideynlərin uşaqlarına güc toplaması üçün banan, şokolad verməyinə baxıram. Utanc içində gizlicə Elsuna bir tikə çörək verirəm. Başqa uşaqları görüb o da həmin şeylərdən istəyir. Belə anlarda ürəyim acizlikdən sıxılır.

İndi Elsun üçün lazım olan bütün dərmanları almalıyıq və digər oğlumuzu döş masajına yazdırmalıyıq. Bunun üçün ən azı 1500 manat toplamalıyam. Bu, iki aya yetərli olmalıdır. Xahiş edirəm övladlarıma kömək edin. Mən özüm də yetiməm – müraciət etməyə heç kimim də yoxdur…” – deyə qadın kömək istəyir.

Redaksiya heyəti olaraq hər kəsi Elsunun probleminə anlayışla yanaşmağa və bacardığınız qədər köməklik göstərməyə çağırırıq.

Əlaqə telefonu: (+994 51) 654-66-73

Bank kartı nömrəsi: 4169 7388 8911 5873

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir