Cəmiyyət

Bayram günləri zəhərlənənlər: Bir qadının həyatını xilas etmək mümkün olmayıb

Sharing is caring!


Bayram günlərində (31.12.2023-05.01.2023) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət daxil olub.

Bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verib.

Bildirilib ki, müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, dördü sirkə turşusu, ikisi dəm qazı, biri botulizm, biri isə pestisiddən zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq, bir nəfər qadın pestisid zəhərlənməsindən ölüb. Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir