Cəmiyyət

Bakıda tuneldə idarəetməni itirən “Mercedes” “Chevrolet”ə çırpılıb – FOTO

Sharing is caring!


Bakının Nərimanov rayonunda tuneldə yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. İdarəetməni itirən “Mercedes” markalı avtomobilin sürücüsü maşını “Chevrolet” markalı avtomobilə çırpıb. Nəticədə “Chevrolet” tuneldəki beton maneəyə dəyib və minik vasitəsi deformasiyaya uğrayıb. Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Yolda sıxlığın qarşısını almaq üçün qəzaya uğramış nəqliyyat vasitələri ərazidən uzaqlaşdırılıb.

Qəza yerinə polis əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir