Cəmiyyət

Laçında avtomobil qəzasında həlak olan hərbçimizlə Xaçmazda vida mərasimi keçirilir

Sharing is caring!


Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu Axundov Xaçmaz rayonunun Sayad kənd qəbiristanlığında torpağa tapşırılacaq. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, dəfn saat 12:00-da baş tutacaq. Hazırda əsgər S.Axundovla vida mərasimi keçirilir.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir