Cəmiyyət

Ötən il hansı sahələr üzrə elmi dərəcə alan olmayıb? – FOTO

Sharing is caring!


Ötən il ərzində elmlər doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb.

Bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bildirilib ki, 2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.

Onlardan riyaziyyat üzrə 5, astronomiya üzrə 2, fizika 5, kimya üzrə 1, biologiya elmləri üzrə 6, yer elmləri üzrə 1, tibb elmləri üzrə 11, texnika elmləri üzrə 7, əczaçılıq elmləri üzrə 1, iqtisad elmləri üzrə 7, coğrafiya üzrə 1, tarix üzrə 9, hüquq elmləri üzrə 4, filologiya elmləri üzrə 32, pedaqogika üzrə 3, psixologiya üzrə 1, sənətşünaslıq üzrə 1, memarlıq üzrə 1, fəlsəfə üzrə 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb.

Mexanika, aqrar elmlər, antropologiya, siyasi elmlər, sosiologiya, milli təhlükəsizlik və hərbi elmlər üzrə isə elmlər doktoru elmi dərəcəsi alan olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir