Cəmiyyət

Səmayə Həşimova: “Bizim igidlər oğlum Polad Həşimov adı ilə irəli atılıblar”

Sharing is caring!


“Polad Həşimov adı ilə irəli atılan igidlər Vətənimizi düşmən tapdağından azad etdilər”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlunun 49-cu doğum günündə məzarı başında bildirib.

Onu sözlərinə görə, Azərbaycanın düşmən üzərindəki qələbəsi şəhidlərin qanı, canı bahasına əldə edilib:

“Bizim igidlər oğlum Polad Həşimov adı ilə irəli atılıb, torpaqlarımızı mənfur düşməndən azad etdilər. Bunun üçün ancaq onlara təşəkkür düşür. Hər birimiz işğal altında olan torpaqlarımızı almışıq deyəndə ürəyimizdən birinci şəhidlərin məzarı üzərindəki bayraq keçməlidir. Çünki o bayraqların üstündəki qırmızı rəng şəhidlərimizin qanıdır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir