Cəmiyyət

Şəmkirdə evdə baş verən yanğın söndürüldü – FOTO/VİDEO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.
 
Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.
 
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində vətəndaşa məxsus hər mərtəbəsi 360 kvadratmetr olmaqla ümumi sahəsi 720 kvadratmetr olan ikimərtəbəli onotaqlı evin birinci mərtəbəsində üç otağın yanar konstruksiyaları 210 kvadratmetr sahədə yanıb.
 
Evin böyük hissəsi yanğından mühafizə edilib.
 
Yanğın zamanı xəsarət alan olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir