Cəmiyyət

Eldəniz Zeynalovun doğulduğu gündür – FOTO

Sharing is caring!


Bu gün Azərbaycanın xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun doğulduğu gündür.

Oxu.Az xatırladır ki, Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. 1956-1962-ci illərdə teatr İnstitutunda aktyorluq təhsili alıb.

Tələbə ikən Eldar Quliyevin “Bir Cənub Şəhərində” filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan” satirik kinojurnalının bir çох süjеtlərində yaddaqalan оbrazlar yaradıb.

Xarici film istehsalçılarının “Dulsineya Tobosskaya” (Mosfilm), “Təyyarələr Enmədi” (Özbəkfilm) filmlərində çəkilib. 1974-cü ildə əməkdar artist adını alıb, 1999-cu ildə “Humay” mükafatına layiq görülüb. 2000-ci ildə “Xalq artisti” fəxri adına layiq görülən Eldəniz Zeynalov bir il sonra – 2001-ci il noyabrın 5-də dünyasını dəyişib.

Xalq artisti Yasamal qəbiristanlığında dəfn edilib.

Eldəniz Zeynalovun ilk evliliyindən biri qızı, ikinci evliliyindən isə iki oğlu və bir qızı olub. Oğlanları Məmməd Zeynalov aktyor, Elbrus Zeynalov isə rejissorluq sənətini seçiblər. Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov 2021-ci il dekabrın 25-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir