Cəmiyyət

Sumqayıtda təhsil müəssisəsinin həyətində yanğın olub

Sharing is caring!


Sumqayıtda yerləşən təhsil müəssisəsinin həyətində yanğın baş verib.

APA xəbər verir ki, hadisə Tibb Kollecinin həyətində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Yanğının genişlənməsinin qarşısı alınıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir