Cəmiyyət

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb

Sharing is caring!


Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etmək istəyən daha bir şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Komissiyanın katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Əvəz Bəbirxan oğlu Temirxanın prezidentliyə namizədliyinin özü tərəfindən irəli sürülməsi təsdiqlənib.

Qeyd edək ki, bununla prezidentliyə namizədliyi təsdiq edilən şəxslərin sayı 17-yə çatıb. Onu da qeyd edək ki, MSK-nın dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir