Cəmiyyət

Seçki könüllüləri Ağdaş, Ağcabədi və Mingəçevirdə

Sharing is caring!


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə icra edilən səyyar görüşlərin növbəti dayanacağı Ağdaş, Ağcabədi və Mingəçevir olub.

“Gəncin səsi, Gələcəyin səsi!” şüarı ilə baş tutan səfərlərin əsas məqsədi 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində ilk dəfə səs verəcək region gəncləri üçün seçki hüququ ilə bağlı maarifləndirici səyyar görüşlərin keçirilməsidir.

Ağdaş, Ağcabədi və Mingəçevir şəhərlərində avtobuslar vasitəsi ilə təşkil edilən səyyar görüşlərdə iştirak edən bölgə gənclərinə seçki sistemi, seçicinin hüquq və vəzifələri, baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılması maarifləndirici-əyləncəli formatda izah edilib. 

Qurulan səyyar platformalarda maarifləndirmə sessiyaları ilə yanaşı rəqəmsal alətlər barədə məlumat sessiyaları, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər, müxtəlif oyunlar və musiqili əyləncələr də təşkil edilib.

Qeyd edək ki, 28 dekabr tarixindən etibarən başlayan səyyar görüşlər artıq Şirvan, Sabirabad və Şamaxı şəhərlərində baş tutub. Seçki könüllülərinin “Gəncin səsi, Gələcəyin səsi!” şüarı ilə maarifləndirici-əyləncəli formatda təşkil olunan görüşləri ölkəmizin bir çox bölgəsini əhatə edəcəkdir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir