Cəmiyyət

Vətəndaşların NƏZƏRİNƏ: Sumqayıtın bir hissəsində qaz olmayacaq

Sharing is caring!


“Sumqayıt” QTM-dən ayrılan “Şəhər-4” orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar 29.12.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldərə yaşayış massivi, Sumqayıt-Novxanı şosesi ilə üzbəüz ərazilər, Saray, Novxanı və Corat bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayonlar) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir