Cəmiyyət

Laçın şəhərində yerli məhsulların yarmarkası açılıb – FOTO

Sharing is caring!


Laçın şəhərində “Can Laçın” yarmarkasının təntənəli açılış mərasimi keçirilir.

“Report” xəbər verir ki, açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları, o cümlədən Laçın rayon sakinləri iştirak edirlər.

Laçın Abadlıq Xidmətindən bildirilib ki, iki gün davam edəcək yarmarkada Laçında yetişən və hazırlanan məhsullar, laçınlı xanımların və uşaqların əl işləri nümayiş olunacaq. Məlumata görə, yarmarka mövsümi xarakter daşımır və mütəmadi olaraq keçiriləcək.

Yarmarkanın ardınca uşaqlar və sakinlər üçün konsert proqramı təqdim olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir