Cəmiyyət

Naxçıvanda ər-arvad dəm qazından zəhərləniblər

Sharing is caring!


Naxçıvanda ər və arvad dəm qazından zəhərlənib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Naxçıvan şəhər sakinləri, 1990-cı il təvəllüdlü Nəsimi Xətai oğlu Məmmədzadə və 1995-ci il təvəllüdlü Səma Rafiq qızı Məmmədzadə dəm qazından zəhərləniblər. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir