Cəmiyyət

Güclü külək Şəkidə məktəbə və evlərə ziyan vurub – FOTO

Sharing is caring!


Güclü külək Şəkidə bir sıra fəsadlar törədib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam güclü külək nəticəsində Şəkinin Şin kənd inzibati ərazisində bir neçə yerdə ağaclar aşıb. Kənd sakini Telli Nəcəfovanın yaşadı evin dam örtüyü uçub.

Güclü külək Şəki şəhərində hazırda tədris aparılmayan 4 saylı tam orta məktəb binasının dam örtüyünü dağıdıb, şəhər sakini İlqar Alxasova məxsus fərdi yaşayış evinin dam örtüyünə də ziyan vurub. Şəhərin S.Mümtaz küçəsində tövlənin də dam örtüyü uçub. Rayonda bəzi ərazilərdə ağacların aşması səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Müvafiq qurumlar əraziyə cəlb edilib, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir