Cəmiyyət

Baş Prokurorluq dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

Sharing is caring!


Baş Prokurorluq dəm qazı təhlükəsindən qorunmaq üçün əhaliyə müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:

– Bir kv.m təbii qazın yanması üçün iki kubmetr oksigen və ya 10 kubmetr hava tələb olunur. Vanna otağına daima təmiz hava daxil olmalıdır ki, oradakı oksigen yanaraq bitməsin və dəm qazı yaranmasın.

– Yanma prosesində hava çatışmadıqda qazın natamam yanması baş verir və nəticədə kəskin zəhərləyici xassəyə malik dəm qazı əmələ gəlir.

– Dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların havasovurucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır.

– Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır.

– Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır.

– Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir