Cəmiyyət

İrandakı səfirliyimizə teraktda yaralanan Vasif Tağıyevin anası: “Üzünün güllə dəyən yerində hissiyyat yoxdur”

Sharing is caring!


İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva oğlunun səhhətindən danışıb.

T.Tağıyeva Pravda.az-a açıqlamasında deyib ki, Vasif Tağıyevin sağlamlığı tam qaydasına düşüb:

“Allaha şükür, indi yaxşıdır. Həkimlər də yaxşı olduğunu deyirlər. Üzünün güllə dəyən yerində hissiyyat yoxdur. Fizioterapiyaya gedir. Artıq cənab Prezidentimizin bağışladığı evə köçüb, orada yaşayır. Övladları dövlətimiz tərəfindən məktəblə təmin olunublar. Özəl məktəblərin birində oxuyurlar. Çox xoşdur ki, bizim cənab İlham Əliyev kimi Prezidentimiz var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir