Cəmiyyət

Quba-Xınalıq yolu qardan tam təmizlənib – FOTO

Sharing is caring!


Quba-Xınalıq yolu qardan tam təmizlənib. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün ərzində dağlıq ərazidə qar yağması nəticəsində, eyni zamanda güclü küləyin təsiri ilə qar kütləsi yolun hərəkət hissəsinə dolmuşdu.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin texnika və növbətçi briqadaları tərəfindən yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib.

Sahə rəisi Bilal Sultanov bildirib ki, yolun təhlükəli sayılan hissələrinə nəzarət olunur. Yolda qar uçqunu və ya torpaq sürüşməsi qeydə alınmayıb. Ucqar yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir