Cəmiyyət

Coğrafiya İnstitutu: “Azərbaycanda su yox, onun qiymətləndirilməsi ilə bağlı problem var”

Sharing is caring!


“Azərbaycanda su yox, onun qiymətləndirilməsi ilə bağlı problem var”.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun 2023-cü ilin elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat tədbirində Coğrafiya İnstitutunun direktoru Zakir Eminov bildirib.

O qeyd edib ki, artıq dünyanın heç bir yerində açıq suvarma yoxdur:

“Hətta İsrail kimi digər su mənbəyi olmayan ölkədə belə su problemi yoxdur. Azərbaycanda su probleminin olduğunu demək olmaz, suyun qiymətləndirilməsi və sudan səmərəli istifadə yoxdur. Bu istiqamətdə heç bir iş görülmür. Nə qədər ki, Azərbaycanda damcı və çiləmə üzrə zavod tikilməyib, məhsul istehsal edən kəndçiyə paylanmayıb, su probleminin həlli ilə bağlı danışmağa dəyməz”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir