Cəmiyyət

Naxçıvanda ilk dəfə “Snowfest-Qış festivalı” keçirilir – FOTO

Sharing is caring!


Naxçıvan şəhərində ilk dəfə keçirilən “Snowfest – Qış festivalı”nın açılış tədbiri keçirilir.

“Report” xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında baş tutan festivalın açılış tədbirində bayram əhval-ruhiyyəsində bəzədilmiş 30-a yaxın köşk quraşdırılıb.

Naxçıvanda ilk dəfə qurulan qış şəhərciyində müxtəlif xidmətlər və təamlarla tanış ola bilərsiniz. Burada milli mətbəximizlə yanaşı, dünya mətbəxinə məxsus təamlarından da dada bilərsiniz. 25 dekabrdan yeddi yanvaradək keçiriləcək tədbirin hər günündə müxtəlif sürprizlər və yeniliklər olacaq.

Festivalda Azərbaycanın Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir