Cəmiyyət

Ağsaqqallar Şurası Nazirlər Kabinetinə müraciət edib – VİDEO

Sharing is caring!


“Nazirlər Kabinetinə müraciət etdim ki, maliyyə çətinliyimiz var, bizə kömək etsinlər. Lakin hələlik cavab almamışıq”.

Bunu Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Şuranın Ümumi yığıncağında deyib.

“Hesab edirəm ki, gələn ilin əvvəllərində bu məsələni yenidən qaldırmalıyıq. Əlbəttə, biz də istəyirik ki, az da olsa, rayonlara maliyyə köməkliyi edək. Ancaq çox təəssüflər olsun ki, hələ bu vaxta kimi edə bilməmişik”, – o əlavə edib.

Sədr yığıncaqda Rayon Ağsaqqallar Şuralarını bina ilə təmin etməyən icra başçılarını tənqid edib:

“Elə rayonlar var ki, icra başçıları bu məsələnin həllinə kömək edirlər. Məsələn, Xətai rayonunun icra başçısı bina tikdirdi, verdi. Kömək etmək lazımdır, çünki biz ümumi iş görürük. İcra da, nazir də, millət vəkilləri də, şuralar da – hamımızın istəyi Azərbaycan xalqına düzgün, yaxşı həyat şəraiti yaratmaqdır”.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir