Cəmiyyət

Yevlaxda taksi yaşlı kişini vuraraq öldürüb

Sharing is caring!


Yevlax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Barı Alo oğlu Mamayevi “VAZ-21011” markalı avtomobil vurub.

Ağır xəsarətlər alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub.

Qeyd edək ki, avtomobil taksi olaraq fəaliyyət göstərirmiş.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir