Cəmiyyət

Qərb bölgəsində əsən güclü külək bəzi fəsadlar yaradıb

Sharing is caring!


Qərb bölgəsində əsən güclü külək bəzi fəsadlar yaradıb.

“Report”un məlumatına görə, axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsməyə başlayıb.

Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Yaxın rayonlarda da bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Bölgədə güclü külək səbəbindən ağaclar sınıb, təsərrüfata zərər dəyib.

Hazırda küləkli hava şəraiti davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir