Cəmiyyət

Qəbələdə qəza: Xəsarət alanlar var

Sharing is caring!


Qəbələdə iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Qəbələ şəhərində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” və “Toyota” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində avtomobillərin sürücüləri – Qəbələ rayonu Bum qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəm Cəlal oğlu Maksudov və 1976-cı il təvəllüdlü Vüqar Seymur oğlu Osmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir