Cəmiyyət

Kişi 280 manat borcu qaytarmayan qonşusunun evini qəsdlə yandırdı – MƏHKƏMƏ

Sharing is caring!


Ağcabədi Rayon Məhkəməsində qonşusunun evini qəsdlə yandırmaqda təqsirləndirilən Zamir Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İttihama görə, hadisə 1 iyul 2023-cü il tarixində, saat 14 radələrində Ağcabədi şəhəri H.Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, iş üzrə zərərçəkmiş Mahal Səfərovun (şərti) Zamir Hacıyevə 280 manat pul borcu olub və qaytarmayıb. O, bu səbəbdən zərərçəkmişdən qisas almaq niyyəti ilə onun fərdi yaşayış evini qəsdlə yandırıb. Nəticədə Zamir Mahala ümumilikdə 14 526 manat maddi ziyan vurub.

Hadisədən sonra Zamir Hacıyev cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə zamanı təqsirləndirilən şəxs sərxoş olub, zərərçəkmiş isə ailəsi ilə birgə Bakı şəhərində imiş.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir