Cəmiyyət

Dövlət Komitəsinin sədri: “Bakının Baş Planı tezliklə təsdiq ediləcək”

Sharing is caring!


“Bakının Baş Planı üzərində iş başa çatıb və tezliklə təsdiq ediləcək”.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında “Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair” Sazişin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mütəxəssislərin Bakıya gəlmək imkanı olmayıb, odur ki, məsələ bir az uzanıb. Sənəd hazırdır. Bir qədər əvvəl Bakıda və Sumqayıtda müəyyən sərhəd dəqiqləşmələri olub və bu məsələlər Baş Plana daxil edilib, yaxın günlərdə sənəd Nazirlər Kabinetinə yenidən təqdim ediləcək və tezliklə təsdiq olunacaq”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir