Cəmiyyət

Şirvanda mikroavtobus qaldırıcı krana çırpılıb, xəsarət alanlar var

Sharing is caring!


Şirvanda mikroavtobus qaldırıcı krana çırpılıb, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun şəhərin hacıqəhrəmanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobus yolun kənarında dayanan qaldırıcı kranla toqquşub, nəticədə azı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir