Cəmiyyət

Zaur Əliyev: “Ölkəyə gələn turistlərin tibbi ehtiyacları üçün assistant şirkətləri ilə danışıqlara başlanılıb”

Sharing is caring!


“Ölkəyə gələn turistlərin tibbi ehtiyaclarının “Yeni Klinika”da qarşılanması məqsədilə dünyadakı assistant şirkətləri ilə danışıqlara başlanılıb”.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O qeyd edib ki, ölkə qanunvericiliyinə görə, icbari tibbi sığorta yalnız Azərbaycan vətəndaşları və ölkəmizdə yaşama izni olan əcnəbilərə aiddir:

“Əgər ölkəyə turist gələrsə və tibbi ehtiyacı yaranarsa, onun beynəlxalq sığortası varsa, bu istiqamətdə ehtiyacı qarşılana bilər. Yaxud o nağd pul ödəməlidir ki, həmin xidmətdən yararlana bilsin. Ən vacib məsələlərdən biri odur ki, ölkəyə kimsə gəlirsə və onun səyahət sığortası varsa, tibbi ehtiyac yaranarsa, o zaman həmin ehtiyacı assistant şirkətləri vasitəsilə ala bilər. TƏBİB-in bu işlə məşğul olan komandası dünyadakı böyük assistant şirkətləri ilə danışıqlara başlayıb. Danışıqların məqsədi siyahıya Azərbaycan klinikalarının salınmasıdır”.

Z.Əliyev vurğulayıb ki, hələ ki TƏBİB-in nəzdində fəaliyyət göstərən “Yeni Klinika” üzərindən bu istiqamətdə danışıqlar gedir:

“Əgər turistin səyahət sığortası varsa, onun tibbi ehtiyacı yaranacağı təqdirdə assistant şirkətlə əlaqə saxlayarkən o, Yeni Klinikaya yönləndirilməlidir. Təbii ki, burda bir klinikanın deyil, daha çox tibb müəssisəsinin olması daha məqsədəuyğundur. Səhiyyə Nazirliyi və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə aramızda belə bir anlaşma var. Onlarla da bu məsələni qaldıra bilərik ki, özəl klinikalar və özəl sığorta şirkətləri bu prosesdə aktiv şəkildə iştirak etsinlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir