Cəmiyyət

Bakının 8 Noyabr prospektinin bir hissəsində təmir işləri yekunlaşıb – FOTO/VİDEO

Sharing is caring!


Bakının Xətai rayonunun 8 Noyabr prospektinin 9-cu km-dən “Zığ dairəsi” istiqamətində aparılan təmir işləri yekunlaşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər yayıb.

Məlumata görə, prospektin sözügedən hissəsində asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.

Belə ki, təmir çərçivəsində uzunluğu 261 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yararsız qrunt yenilənib, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri icra olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir