Cəmiyyət

Zaur Əliyev: “Qoyulan hədəflərə çatmaq üçün bu gün biz səmərəli əməkdaşlıq edirik”

Sharing is caring!


“TƏBİB-in idarə etdiyi tibb müəssisələrinin rəqabətədavamlılığı əhəmiyyətli dərəcədə artırılmalı, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır. Qoyulan hədəflərə çatmaq üçün bu gün biz səmərəli əməkdaşlıq edirik”.

Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, agentlik dövlət tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması istiqamətində TƏBİB-ə dəstək göstərir:

“Ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanandan bu günədək agentlik tərəfindən dövlət tibb müəssisələri üçün 400 milyon manatdan çox məbləğdə yeni cihaz, avadanlıq, müxtəlif dərman vasitələri, 349 sayda təcili tibbi yardım avtomobili alınıb. Dövlət səhiyyə sisteminə aid tibb müəssisələrində idarəetmənin və tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlərə göstərdiyimiz dəstək bundan sonra da davam edəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir