Cəmiyyət

Prezidentin köməkçisi: “Seçkiqabağı görüşlərin keçirilməsi üçün bütün namizədlərə bərabər şərait yaradılır”

Sharing is caring!


“Seçki günü seçki qutularını nəzarətsiz buraxmaq olmaz. Artıq seçki məntəqələrinə baxış keçirilir və bütün vacib məqamlar komissiyaların üzvlərinin diqqətinə çatdırılır”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri ilə birgə müşavirədə deyib.

O qeyd edib ki, seçki zamanı məntəqələr fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir:

“MSK dərhal əlaqəli şəkildə olan problemlərin aradan qaldırılması ilə məşğul olacaq.

Seçkiqabağı görüşlərin keçirilməsi üçün bütün namizədlərə bərabər şərait yaradılır. Sərbəst toplaşmaq üçün bütün tələblərə uyğun açıq və qapalı yerlər ayrılacaq. Ayrılmış yerlər mətbuat vasitəsilə geniş ictimaiyyətə təqdim ediləcək”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir