Cəmiyyət

Dövlət Xidmətinin rəisi: “Yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib”

Sharing is caring!


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev Azərbaycanın müstəqillik əldə etməsindən sonra yerli medianın demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf etdiyini deyib.

“Report” xəbər verir ki, o, bu barədə “Media savadlılığı” konfransında çıxışı zamanı danışıb.

İ.Musayev bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyəti illərində mətbuatın fəaliyyətini daim diqqətdə saxlayıb.

Məsələnin bu gün də prioritet olduğunu bildirən natiq qeyd edib ki, sosial şəbəkə istifadəçilərinin artması kiberhücumların da çoxalmasına şərait yaradır:

“Ölkəmizdə informasiya təhlükəsizliyinin cari vəziyyəti daha da gücləndirilir. Həyata keçirilən müxtəlif tədbirlər buna töhfə verir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir