Cəmiyyət

Natiq Aqil: “Meyxananı məsxərəyə çeviriblər” – VİDEO

Sharing is caring!


“Meyxananı məsxərəyə çeviriblər. Bir-birlərinə lağ edirlər”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində “Qəmxanələr olmuş” meyxanasının ifaçısı Natiq Aqil deyib.

“Meyxana ciddi sənət olub” söyləyən meyxanaçı sənətdən uzaqlaşmasından danışıb:

“Meyxanadan 10 il küsdüm. Meyxananı ancaq xarici ölkələrdə təbliğ etməklə məşğul oldum. Azərbaycanda bir neçə il görünmədim”.

N.Aqil “Qəmxanələr olmuş” meyxanasının Nizami Rəmzinin adına çıxılmasının onu uzun müddət narahat etdiyini vurğulayıb:

“Rəşad Dağlının oğlunun toyu oldu. “Qəmxanələr olmuş” onun ən sevdiyi meyxanalardan biridir. Hərdən deyirdi ki, bu meyxananın himnidir. Orada bu meyxananı canlı dedim və hirsim soyudu. Çünki çıxıb efirlərdə demək istəyirdim ki, bu meyxana mənimdir”, – meyxanaçı deyib.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir