Cəmiyyət

Dövlətimizin enerji siyasəti prioritetidir

Sharing is caring!

Prezident İlham Əliyev cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışında vurğulayıb ki, enerji siyasətinin prioriteti dünya miqyasında tanınmağımızda böyük rola malikdir. Təkcə onu deyək ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Heç kəsdən gizli deyil ki, bütün dünyüdü olduğu kimi, ölkəmizin ərazisində də uzun illər nəzarətsizlik şəraitindən istifadə olunaraq meşələrin kortəbii qırılması, səhralaşma prosesi baş verir. Yeraltı və yerüstü su ehtiyyatları kifayət qədər azalıb, Xəzər dənizində çirklənmə davam edir. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi həm siyasi, həm iqtisadi, həm mədəni dividentlər gətirəcək. Digər tərəfdən də BMT üzvü olan ölkələrin əksəriyyəti bu proqramda iştirak edir və gələn il xeyli sayda dövlət və hökumət başçılarının, ümumilikdə 80 mindən çox xarici qonağın ölkəmizə səfəri nəzərdə tutulur. Bu da təbii ki, Azərbaycanın daha da çox reklam olunmasına, müsbət tərəfdən daha da tanınmasına, dünyaya açılmasına xidmət edən bir faktordur.

Cənab İlham Əliyev müşavirədə tapşırıq verib ki,  bütün hazırlıq işlərinə start verməliyik. Tədbirin keçirilməsinə 11 aydan az vaxt qalıb. İki həftə ərzində Bakı dünyanın diqqət mərkəzində olacaq, müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək.

Cənab Prezidentin də söylədiyi kimi, “dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.Biz sadə vətəndaşlar Prezidentimizin fikirləri ilə tam razıyıq və onu tam dəstəkləyirik.          

        COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır, bu enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli bizim enerji siyasətimizin prioritetidir.

Fərid Quliyev,

Cəlilabad Suvarma Sistemləri İdarəsinin baş mexaniki

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir