Cəmiyyət

Beynəlxalq riyakarlıq və “ikili standartlar” COP29-un Bakıda keçirilməsinə mane ola bilməz

Sharing is caring!

Prezident İlham Əliyevin cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışında deyildiyi kimi, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini yüksək səviyyədə  keçirmişik. Bu mötəbər tədbir 50 il bundan əvvəl ikinci dəfə Bakı şəhərində keçirilib, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda keçirilmişdir

Təəssüf ki, beynəlxalq aləmdə “İkili standartlar” siyasətinin təzahürü göz  önündədir. Bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Lakin bilməliyik ki,  beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir.

Bizim uğurlarımız belələrinə hər zaman dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən düşünülmüş tədbirlərlə cavab verib. Ən  öncə Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bakıda keçiriləcək mötəbər tədbirin keçirilməsinə bütün dünya ölkələri dəstəyi göstərmişdir.Bu, beynəlxalq dəstəyin böyük göstəricidir.

Amma bu da bir reallıqdır ki, bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, Ermənistan bu vəziyyətlə artıq barışıb və COP29 konfransının keçirilməsi bun u bir daha sübut edir.Hesab edirəm ki bizə qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir.

 Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir.  Çünki aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. COP29 da bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir.Xatırlayaq ki,hətta Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi   kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır.   

Seymur Abbasov,

Cəlilabad RİH-in əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir