Cəmiyyət

Böyük etimad

Sharing is caring!

 Ölkəmiz növbəti böyük uğura imza atmışdır. COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunub. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Bu, o deməkdir ki, Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.

Prezident İlham Əliyevin cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışında göstərildiyi kimi, Enerji siyasətinin prioriteti dünya miqyasında tanınmağımızda böyük rola malikdir. Təkcə onu deyək ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir.

Tədbirin keçirilməsinə 11 aydan az vaxt qalıbdır. İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək. Cənab İlham Əliyev müşavirədə tapşırıq verib ki,  bütün hazırlıq işlərinə start verməliyik.

Düşünürük ki, ölkə ərazisində səhralaşma prosesi baş verir. Uzun illər nəzarətsizlik şəraitindən istifadə olunaraq meşələrin kortəbii qırılması baş verib. Yeraltı və yerüstü su ehtiyyatları kifayət qədər azalıb. Xəzər dənizində çirklənmə davam edir. Digər tərəfdən də BMT üzvü olan ölkələrin əksəriyyəti bu proqramda iştirak edir və gələn il xeyli sayda dövlət və hökumət başçılarının, ümumilikdə 80 mindən çox xarici qonağın ölkəmizə səfəri nəzərdə tutulur. Bu da təbii ki, Azərbaycanın daha da çox reklam olunmasına, müsbət tərəfdən daha da tanınmasına, dünyaya açılmasına xidmət edən bir faktordur.Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi həm siyasi, həm iqtisadi, həm mədəni dividentlər gətirəcək.

Prezidentimizin fikirləri ilə tam razıyıq və onu tam dəstəkləyirik. Əminik ki,  COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.

Şahmirzə Nəsirov,

Cəlilabad RİH-in əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir