Cəmiyyət

Bakıda yaşayış binasında yanğın: Üç nəfər təxliyə edilib

Sharing is caring!


Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-ə istinadən xəbər verir ki, yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 400 kvadratmetr olan 16 otaqlı mənzilin mətbəxində üç ədəd paltaryuyan, 0,5 kvadratmetr sahədə mətbəx mebeli və bir kvadratmetr sahədə yataq dəsti yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən üç nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir